AZ

Nicat Mehbalıyev subaylığın daşını atdı - ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” komandasının qapıçısı Nicat Mehbalıyev ailə həyatı qurub.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Futbolçunun şad günündə “Sabah”ın futbolçu və məşqçi heyəti, həmçinin klubun digər rəsmiləri də iştirak ediblər.

“Sabah” FK kollektivi bu münasibətlə Nicatı təbrik edib, ona xoşbəxt ailə həyatı arzulayıb.

Xatırladaq ki, Nicat Mehbalıyev 2020-ci ildən “Sabah”ın sıralarında çıxış edir. Onun klubla 2026-cı ilin 30 iyununadək müddətə müqaviləsi mövcuddur.

Qolkiper Azərbaycan Premyer Liqasında ilk oyununu 2020/2021 mövsümündə məhz bu komandanın heyətində keçirib. O, “bayquşlar”ın heyətində bütövlükdə 24 oyuna çıxıb, 24 qol buraxıb, 9 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

“Bakı”nın yetirməsi olan Mehbalıyev vaxtilə “Qarabağ”, “Sumqayıt” və “Qəbələ”də də forma geyinib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
8
21
arena.az

10Mənbələr