AZ

Jordi Alba: “Onun sayəsində karyeram uğurlu alındı” - ARENA.AZ

“İnter Mayami”nin 36 yaşlı ispan sol cinah müdafiəçisi Jordi Alba futbolçu karyerasında əsas rol oynamış məşqçi haqda söhbət açıb.

Arena.az ispan futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Karyeramda əsas fiqur Unai Emeri olub. O, mənim meydandakı mövqeyimi dəyişdi, mənə kömək etmək üçün hər şey etdi. Bu, mənim inkişafımda vacib addım idi. Müdafiədə oynamağı əvvəlcədən istəmirdim, amma Unai belə qərara gəldi. Onun sayəsində karyeram uğurlu alındı”, deyə Alba vurğulayıb.

Xatırladaq ki, Jordi Alba “İnter Mayami”yə 2023-cü ilin iyul ayından “Barselona”dan azad agent qismində keçib. İspan futbolçunun MLS klubu ilə müddəti 2027-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.

Cari mövsümdə Alba “İnter Mayami” üçün 48 oyuna 8 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Albanın “vağlar”n heyətindəki çıxışının ümumi mənzərəsi isə 99 oyun, 15 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Jordi Alba “İnter Mayami” ilə “Supporters’ Shield” (2023/2024) və Liqalar Kubokunun (2023) qalibi olub.

Albanın klub karyerasının ən parlaq dövrü “Barselona”dakı çıxışı ilə əlamətdardır. Kataloniya nəhəngi ilə Jordi Alba bütün mümkün klub turnirlərinin dəfələrlə qalibi olub: 6 dəfə İspaniya çempionatını, 5 dəfə İspaniya Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb. O, “Barselona”da 459 oyun keçirib, 27 qol və 99 assist müəllifi olub.

Alba vaxtilə “Valensiya” və “Ximnastik”in də formasını geyinib.

36 yaşlı Alba 2011-ci ilin oktyabrında debüt etdiyi İspaniya yığmasının heyətində təxminən 12 il forma geyinib. O, bu müddətdə yığmada 93 oyun keçirib, 10 qol vurub, 22 məhsuldar ötürmə verib. Alba İspaniya yığması ilə Avropa çempionatını (2012), UEFA Millətlər Liqasını (2023) qazanıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
9
34
arena.az

10Mənbələr