AZ

Çağdaş Atan “Konyaspor”a baş məşqçi təyin edildi - ARENA.AZ

Türkyəli futbol mütəxəssisi Çağdaş Atan Super Liqada mübarizə aparan “Konyaspor” komandasına baş məşqçi təyin edlib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

45 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Nəticələr uğurlu olacağı halda, tərəflər arasındakı sözləşmənin müddəti artırılacaq.

Çağdaş Atan bu postda ötən gün istefaya göndərilmiş Recep Uçarı əvəz edib. Onun istefasına komandanın son dörd oyunda üç məğlubiyyət alması səbəb olub. Super Liqanın cari mövsümündə keçirdiyi 11 oyunda 5 məğlubiyyət almış Konya təmsilçisi digər görüşlərdə 4 qələbə qazanıb, 2 heç-heçə edib. “Konyaspor” hazırda 14 xalla 8-ci pillədə qərarlaşıb.

Recep Uçar 2024-cü ilin noyabr ayından “Konyaspor”a rəhbərlik edirdi. O, bu bir il ərzində sözügedən komandanı bütövlükdə 45 oyuna çıxarıb. Konyalılar bu görüşlərdə 20 qələbəyə seviniblər, 8 heç-heçə və 17 məğlubiyyət görüblər.

Çağdaş Atan isə bu ilin sentyabrında “Başakşəhər”dən ayrılandan işsiz idi. O, daha öncə “Alanyaspor” və “Kayserispor”u da çalışdırıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
9
20
arena.az

10Mənbələr