AZ

AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Birləşmiş Ərəb Əmirliklərinin Şarja Əmirliyində “Dünyamızın transformasiyası: Möhkəm və davamlı gələcəyə sərmayə qoymaq” mövzusunda keçirilən 29-cu Ümumdünya İnvestisiya Konfransı və 8-ci Şarja İnvestisiya Forumunda təmsil olunub.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, tədbir İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) yaradılmasının 30-cu ildönümünü və “Firavanlıq üçün İnvestisiya Onilliyi” təşəbbüsünün rəsmi başlanğıcını qeyd edərək bir çox ölkələrdən dövlət rəsmiləri, investisiya təşviqi agentliklərinin nümayəndələri, özəl sektor təmsilçiləri və investisiya mütəxəssislərini bir araya gətirib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev tədbir çərçivəsində keçirilən panel sessiyasında çıxış edib. Sessiya zamanı Azərbaycan nümunəsində AZPROMO-nun investisiyaların təşviqi qurumu kimi xarici sərmayələrin cəlb edilməsində funksiyası, investorlara münasibətdə şəffaf, əlaqələndirici və etibarlı vasitəçi kimi rolu, eləcə də ölkəmizin investisiya mühitinin üstünlükləri barədə məlumat verilib.

Sessiyada, həmçinin digər iştirakçılar tərəfindən birbaşa xarici investisiyaların təşviqində siyasət və icra mexanizmlərinin uzlaşdırılması, investor etimadının formalaşdırılması yolları, texnologiya və süni intellektin investisiya proseslərinə təsiri, eləcə də gələcəkdə rəqabət üstünlüyü qazandıracaq amillər barədə fikirlər səsləndirilib.

Qeyd edək ki, AZPROMO 2010-cu ildən WAIPA-nın üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
3
azertag.az

4Mənbələr