
Ukrayna kəşfiyyatçıları Krımda Rusiya ordusunun hava hücumundan müdafiə obyektlərini məhv ediblər.
Reyting.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) bildirib.
Qeyd olunur ki, noyabrın 2-nə keçən gecə GUR-un mütəxəssisləri Krımda Rusiyanın hava hücumundan müdafiə sisteminə aid növbəti bahalı obyektlərə zərbələr endiriblər.
Kəşfiyyatın məlumatına görə, döyüş növbəsində olan “S-400 Triumf” zenit-raket divizionunun idarəetmə məntəqəsinə endirilən zərbə nəticəsində Rusiyaya məxsus çoxfunksiyalı “92N6E” radiolokasiya stansiyası (RLS) və “S-400” idarəetmə məntəqəsinin muxtar enerji təminatı sistemi məhv edilib.
Bundan əlavə, GUR mütəxəssisləri rus ordusuna məxsus “AORL-1AS” aerodrom baxış radiolokatorunu və “P-18 Terek” RLS-ni də sıradan çıxarıblar.
ELÇİN