AZ

Kasıb insanlarda insult riski 33% daha yüksəkdir

Tribuna.info xəbər verir ki, sosial-iqtisadi vəziyyəti zəif olan insanların insult keçirmə riski varlı təbəqə ilə müqayisədə daha yüksəkdir.

Bu nəticə Avstraliyanın Tasmaniya Universitetinin alimləri tərəfindən aparılan geniş tədqiqatda müəyyən edilib. Araşdırma Journal of Stroke and Cerebrovascular Diseases jurnalında dərc olunub.

Tədqiqatçılar Tasmaniya əyalətində yaşayan insanların 2007–2020-ci illər arasında xəstəxana və ölüm qeydlərini araşdırıblar. Bu məlumatlar əsasında 2015–2020-ci illərdə baş verən 4901 ilk insult hadisəsi müəyyən olunub.

Araşdırmaya görə, aşağı gəlirli əhali qruplarında hipertoniya, diabet və ürək xəstəlikləri daha çox yayılıb. Yüksək gəlirli şəxslərlə müqayisədə bu insanlarda ilk dəfə insult keçirmə riski 33 faizədək daha yüksəkdir.

Alimlər qeyd edirlər ki, sosial-iqtisadi cəhətdən zəif təbəqələrin tibbi xidmət və profilaktik proqramlardan daha az yararlanması bu fərqin əsas səbəblərindən biridir.

Tədqiqatçılar hesab edirlər ki, səhiyyə xidmətlərinə bərabər çıxış imkanlarının yaradılması və riskli qruplarda profilaktik tədbirlərin gücləndirilməsi insult hallarını və ölüm riskini azalda bilər.

İmran Kərimli

Seçilən
46
1
tribunainfo.az

2Mənbələr