AZ

Onlar üçün icbari tibbi sığortahaqqı AZALDILIR

ain.az, Bizim media saytına istinadən bildirir.

Gələn il üçün özəl sektorda çalışanların icbari tibbi sığortahaqqını ödəmə qaydasına dəyişiklik edilir.Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bu, “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

 

Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə - sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

Həmçinin sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya görə, sığortaolunan və sığortaedənin hər biri üçün əməkhaqqı 8000 manatadək olduqda sığortahaqqı 2%, əməkhaqqı 8000 manatdan çox olduqda isə 0.5% sığortahaqqı tutulur.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
9
bizim.media

10Mənbələr