AZ

Xəzərdə qayıq zədələndi: Balıqçılar belə xilas edildi ANBAAN VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları xilas edilib.Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.Bildirilib ki, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində üç nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

 

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan "Tufan" tipli sərhəd gəmisi müəyyən edilib koordinatlar üzrə dərhal hərəkətə keçib və operativ şəkildə hadisə yerinə çatıb.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Astara rayon sakinləri – 1980-ci il təvəllüdlü Ağabalayev Ruhid Murtuza oğlu, 1985-ci il təvəllüdlü Həsənov Namik Xanhüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Arif Sürət oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
34
bizim.media

10Mənbələr