AZ

Politoloq: “Sülhə bu qədər yaxınkən detallar prosesə mane olmamalıdır”

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Delimitasiya prosesi hazırda uğurla davam edir və son günlər mətbuatda yayılan məlumatlar da bunu təsdiqləyir. Rəsmi açıqlamalardan görünür ki, proses ümumi olaraq sabit şəkildə irəliləyir və ciddi maneə müşahidə olunmur. Prezident İlham Əliyev və digər dövlət rəsmilərinin çıxışları da bu istiqamətdə aydın mesajlar verir".Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.O, bildirib ki, xüsusilə Qazax–Tovuz istiqamətində ən həssas məqamlar artıq arxada qalıb və həmin bölgədəki anklavlarla bağlı qərarların qəbul olunması bu prosesin mühüm mərhələsi idi:"İndi isə iş daha çox cənub xətti üzrə davam etdirilir. Burada söhbət yalnız sərhədlərin müəyyənləşməsindən getmir, həm də iki ölkə arasında sülhə mane ola biləcək məsələlərin həllindən və ya həlilik gündəmdən kənarda saxlanılmasından gedir. Əsas məqsəd sülh müqaviləsinin imzalanmasıdır. Əgər sərhədlə bağlı bəzi texniki detallar bu prosesə gecikdirici təsir göstərirsə, onların həlli müəyyən vaxt tələb edə bilər. Bu, beynəlxalq təcrübədə də müşahidə olunan tam normal prosesdir. Məsələn, Kərki anklavı da daxil olmaqla bir sıra bölgələr üzrə hansı modelin tətbiq ediləcəyi hələ tam müəyyənləşməyib və həm ənənəvi, həm də yeni yanaşmalar istisna olunmur".Politoloq bildirib ki, hazırda fon kifayət qədər müsbətdir:"Əgər real problem olsaydı, bu, ictimaiyyətdən gizli qala bilməzdi və dərhal gündəmə çıxardı. Məhz buna görə mövcud dinamika gələcəyə nikbin baxmağa əsas verir. Indiki mərhələdə ən önəmli məsələ kompromisə hazır olmaq, ehtiyac yarandıqda güzəşt etmək və sülh prosesinə mane ola biləcək mövzuların indiki mərhələdə gündəmə gətirilməməsidir. Eyni zamanda, sərhəd xəttində, xüsusən Ermənistan tərəfində yerli sakinlərin təxribatlara cəlb olunmasının qarşısı alınmalı, risklər minimuma endirilməlidir. Bu istiqamətdə ardıcıllıq təmin olunduğu halda, sülh prosesinin daha da sürətlənəcəyi və real nəticələrin ortaya çıxacağı gözləniləndir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
50
demokrat.az

10Mənbələr