AZ

Sanksiyaya düşmüş rus oliqarxlarının villası toxunulmaz qalıb

Böyük Britaniyada sanksiyaya məruz qalmış rus oliqarxlarına aid təxminən 700 milyon funt sterlinq dəyərində daşınmaz əmlak hələ də dondurulmayıb.

Musavat.com xəbər verir ki, “Transparency International” təşkilatının Böyük Britaniya bölməsinin araşdırması bunu göstərir.

Təşkilatın analitikləri London və Surrey qraflığında yerləşən 33 obyekt - evlər, mənzillər və ofis binaları - aşkar ediblər ki, bunlar Britaniyanın dondurulmuş aktivlər reyestrinə daxil edilməyib.

Bu obyektlər arasında Hampsteddə yerləşən və Böyük Britaniyada Bukinqem sarayından sonra ikinci ən böyük yaşayış evi sayılan Vitanhörst malikanəsi də var. Hesabatda bu mülkün “Fosagro” şirkətinin sahibi Andrey Quryevlə əlaqələndirildiyi bildirilir, lakin onun nümayəndələri bunu təkzib edir.

Sənəddə həmçinin Kensington-Palace-Gardens küçəsində yerləşən və dəyəri 90 milyon funt olan digər bir malikanədən də bəhs edilir. Obyektin milyarder Roman Abramoviçə məxsus olduğu güman edilir. Torpaq reyestrinə görə, mülkün sahibi kimi Kiprdə qeydiyyatdan keçmiş A. Corp Trustee şirkəti göstərilib; həmin şirkət öz ünvanı kimi Abramoviçin əvvəllər sahibi olduğu “Çelsi” stadionundakı binanı qeyd edib.

Musavat.com

Seçilən
72
musavat.com

1Mənbələr