AZ

“Dirək var, amma işıq yanmır” Mətanət şikayətləndi

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı Mətanət Əliverdiyeva Saray qəsəbəsində yolların işıqlandırılmamasından şikayətlənib.

Axşam.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində həmin qəsəbənin Heydər Əliyev küçəsində işıq dirəklərinin olduğunu, lakin işığın yanmadığını bildirib:

"İki gün əvvəl Bakıdan Saray qəsəbəsi istiqamətinə gedəndə dedim ki, bir daha bu yoldan istifadə etməyəcəyəm. Hər an təhlükəlidir. O cür işıq dirəkləri qoyublar, amma işığı yanmır. Maraqlandım ki, bəlkə həmin ərazi Sumqayıt Elektrik Şəbəkəsinin tabeliyindədir. Dedilər ki, xeyr, həmin hissəyə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi baxır. Bu dirəklər kimin üçündür? Bir dənə də olsun işıq yanmır və hər həftə orada qəza olur, niyə axı? İşığın dirəyini qoymusunuzsa, işığı da verin də... Həmin gün orada çox bərbad bir vəziyyət yarandı. Hamı şikayət edir, siqnal verir. Şəhərimiz gözəlləşirsə, yollarda işıqlandırma da olsun ki, qəza vəziyyəti yaranmasın. Bir dəfə yağışın yağması ilə orada vəziyyət çox gərgin idi".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
axsam.az

8Mənbələr