AZ

49 milyard dollarlıq SÖVDƏLƏŞMƏ – “Tylenol” brendi YENİ SAHİBƏ KEÇDİ

“Tylenol” brendi 49 milyard dollara yeni sahibə keçib.

İnterpress.az xəbər verir ki, “Tylenol” istehsalçısı “Kenvue” çətin dönəmdə yeni sahib tapıb.

“Huggies” və “Kleenex” istehsalçısı “Kimberly-Clark”, “Tylenol” və “Band-Aid” kimi məşhur sağlamlıq brendlərinə sahib “Kenvue”-ni təxminən 49 milyard dollara aldı. Bu, il üzrə ən böyük sövdələşmələrdən biridir.
“Kenvue” son aylarda çətinlik yaşayırdı. ABŞ-da Tramp administrasiyası asetaminofenin autizmlə bağlı ola biləcəyini iddia etsə də, elmi sübut tapmamışdır. Şirkət bu iddiaları əsassız adlandırıb.

Məlumat açıqlanandan sonra “Kenvue”-nin səhmləri 17% artıb, “Kimberly-Clark” isə 12% geriləyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
53
interpress.az

1Mənbələr