AZ

Prezidentin ana dilimizlə bağlı göstərişləri Dilçilik İnstitutunun qarşısında mühüm vəzifələr qoyur AÇIQLAMA

Bakı, 3 noyabr, Nailə Həsənova, AZƏRTAC

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı Azərbaycan dövlətinin dil siyasətində milli-mənəvi dəyərlərin qorunmasına, dilin saflığının və inkişafının təmin edilməsinə yönəlmiş diqqətini əks etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü söyləyib. Onun sözlərinə görə, müasir dövrdə qloballaşma və internetin inkişafı nəticəsində gənc nəsil arasında, televiziya proqramlarında məişət üslubunun operativliyi müşahidə olunur. Bu isə dilin üslubi imkanlarını zəiflədə bilər: “Prezident İlham Əliyevin həm dil siyasəti, həm çıxışları aydın istiqamətlər müəyyənləşdirir. Dili sevən xalq özünü və gələcəyini qoruyur. Ana dilinə hörmət milli kimliyə hörmət deməkdir. Dövlət başçısının “Bu ya səhvdir, ya da təxribatdır. Hər ikisi də qəbuledilməzdir" fikri isə məsuliyyətdir, çağırışdır. Hər bir vətəndaş ana dilini sevərək düzgün normada istifadə etməlidir. Ana dilinin təmizliyinin qorunması gələcək nəslə xəzinədir”.

T.Şükürlü qeyd edib ki, Prezident İlham Əliyevin ardıcıl və uğurlu dövlət siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutub: “Prezident İlham Əliyevin Azərbaycan dilinə yüksək diqqət və qayğısı Azərbaycan dili ilə bağlı fərman və sərəncamlarında, çıxışlarında hər zaman özünü göstərir. Prezident İlham Əliyevin dilimizin saflığının qorunması ilə bağlı göstərişləri Dilçilik İnstitutunun qarşısında mühüm vəzifələr qoyur. Ədəbi dilin saflığını qorumaq hamıdan asılıdır. Çünki dilin daşıyıcısı xalqdır. Dil xalqın ən böyük mənəvi sərvətidir”, - deyə o qeyd edib.

Seçilən
8
5
azertag.az

6Mənbələr