AZ

​ABŞ-nin dövlət borcu 38 trilyon dolları keçdi

ABŞ-nin ümumi dövlət borcu 38 trilyon dolları keçərək rekord həddə çatıb. Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi məlumatlarda qeyd edilib. Yerli mənbələrin məlumatına görə, bundan əvvəl 37 trilyon dollar olan borc 82 gün ərzində daha 1 trilyon dollar artıb. Bildirilir ki, bu məbləğ ABŞ-də adambaşına düşən 111.000 dollar borc deməkdir. ABŞ-nin xarici borcunun Çin, Hindistan, Yaponiya, Almaniya və Böyük Britaniya iqtisadiyyatlarının ümumi daxili məhsuluna bərabər olduğunu qeyd edib.

Respublikaçı siyasətçi Codey Arrinqton bildirib ki, bu məbləğ Avropa Birliyinin bütün iqtisadi istehsalından iki dəfə, Böyük Britaniyanın illik büdcəsinin 20 dəfə çoxdur.

Seçilən
12
1
metbuat.az

9Mənbələr