Tiktokda heyvanlara yardım videoları ilə tanınan bloqer Sevil Qasımova Xırdalanda küçə itlərinə dərman vermək istədiyi zaman yerli sakinlərin etirazı ilə qarşılaşıb.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
  Onun sözlərinə görə, xəstə və qotur itlərə yardım məqsədilə əraziyə getsə də, sakinlər buna imkan verməyiblər:
  “Xəstə, qotur itlərdir, dərman verməyə gəlmişəm. Bütün Xırdalan camaatı ayağa qalxıb, hərəsi bir pəncərədən qışqırır. Özləri dərman vermirlər, məni də qoymurlar. Deyirlər, itlər xəstədir”, – deyə o bildirib.
  Paylaşılan görüntülərdə sakinlərin bloqerə qarşı çıxaraq “kim narahatdırsa, aparsın evində saxlasın” kimi fikirlər səsləndirdiyi əks olunub.
  Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.