AZ

“Zəfər Andı”: Qəhrəmanlıq, vətənpərvərlik və birlik gecəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə Vətən müharibəsində qazanılmış Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Andı” adlı ədəbi-bədii gecə keçirilib.

Publika.az xəbər verir ki, tədbir noyabrın 3-də Heydər Əliyev Sarayında baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sevinc Orucova: “Qarabağ sevdasından heç vaxt dönmədik"

Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova zəfərimizin ildönümünü qeyd etməyin hər birimiz üçün qürurverici olduğunu bildirib.

Seçilən
75
publika.az

1Mənbələr