AZ

Şeybani devrilmiş rejimdən qaçan 21 diplomatı vəzifəsinə bərpa edib


Suriya Xarici İşlər Nazirliyinin devrilmiş rejimdən qaçan 21 diplomatı yenidən vəzifəyə qaytardığı bildirilir. Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, xarici işlər naziri Əsəd Həsən Şeybani bu gün Dəməşqdəki Nazirliyin qərargahında devrilmiş rejimi tərk edən bir sıra diplomatları qəbul edib.

Görüş zamanı Şeybani diplomatların mövqeyini və keçmiş rejimin cinayətlərini ifşa etmək səylərini yüksək qiymətləndirib və 21 diplomatın vəzifəyə bərpa olunmasını nəzərdə tutan fərman imzalayıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
29
aia.az

1Mənbələr