AZ

ABŞ-də “Halloween” mərasimində İŞİD-in terror törətmək planının qarşısı alındı

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ polisi Miçiqan ştatında İŞİD tərəfdarları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb.

Teleqrafxəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi "X"də məlumat verib:

"İŞİD-in böyük bir terror planının qarşısı alındı. Miçiqan ştatının şərq dairəsində bir neçə şəxs həbs edildi. Onların çoxlu silahları və hücum planı vardı".

Bondi əlavə edib ki, günahsız insanların ölümünə səbəb olacaq terror aktının qarşısı federal prokuror Jerom Qordon, Federal Təhqiqatlar Bürosunun və Miçiqan hüquq-mühafizə orqanlarının sayəsində alınıb.

Təqsirləndirilən şəxslər Mohmed Ali və Majed Mahmud terror cinayəti törətməkdə ittiham olunurlar və onlar məhkəmə qarşısına çıxarılıblar.

Seçilən
61
1
teleqraf.com

2Mənbələr