AZ

Türk qoşunları Qəzzada olacaq? -

İstanbulda 7 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Qəzza ilə bağlı görüş keçirilib. Mebuat.az xəbər verir ki, görüşdə Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Pakistan və İndoneziyanın xarici işlər nazirlərinin iştirak etdiyi bildirilir. Toplantıdan sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib. Onun sözlərinə görə, görüşdə Qəzza ilə bağlı tənzimləmələr müzakirə edilib. Hakan Fidanın sözlərinə görə, HƏMAS hakimiyyəti təhvil verməyə hazırdır.

O, Qəzzada “Türk qoşunları olacaqmı?” sualına, “Türkiyə Şarm əl-Şeyxdə imza atan 4 ölkədən biri idi. Sülh yükünü daşımağa hazırıq”, - deyə cavab verib. Hakan Fidan həmçinin qeyd edib ki, ölkələrin vurğuladığı məsələlərdən biri Qəzzada BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə müəyyən edilmiş mandata malik qüvvənin yaradılmasıdır.

Seçilən
35
metbuat.az

1Mənbələr