AZ

"Microsoft" şirkəti iri həcmli AI müqavilələri bağlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” Avstraliya mərkəzli “IREN Ltd.” şirkəti ilə 9,7 milyard dollarlıq qrafik prosessor (GPU) süni intellekt bulud xidməti müqaviləsi imzalayıb.

Banco.azxəbər verir ki, bununla da “Microsoft” bərpa olunan enerji ilə fəaliyyət göstərən məlumat mərkəzi şirkəti “IREN”in ən böyük müştərisi olub.

“IREN” bazar ertəsi verdiyi açıqlamada 5 illik müqavilənin “Microsoft”a “Nvidia”nın GB300 GPU modellərinə çıxış imkanı verəcəyini və 20 faiz məbləğində ilkin ödənişi ehtiva etdiyini bildirib. Bundan əlavə, şirkət lazım olan GPU-larla birlikdə əlaqədar avadanlıqların “Dell Technologies” şirkətindən 5,8 milyard dollara alınacağını qeyd edib.

GPU-lar 2026-cı il ərzində mərhələli şəkildə “IREN”in Texasdakı müəssisəsində yerləşdiriləcək. Bu müəssisənin gücü 750 MVt təşkil edir. Bundan başqa, 200 MVt-lıq kritik hesablama infrastrukturunu dəstəkləyəcək yeni maye soyutmalı məlumat mərkəzləri də inşa olunacaq.

“IREN”in baş icraçı direktoru Danial Roberts bildirib ki, bu müqavilənin tam icrasından sonra şirkət 1,94 milyard dollar gəlir əldə etməyi gözləyir.

Roberts əlavə edib ki, “Microsoft” ilə bu tərəfdaşlığı elan etməkdən qürur duyurlar, daha əvvəl də böyük şirkətlərlə danışıqlar aparıblar və süni intellekt bulud imkanları artdıqca bu danışıqların da sürətləndiyini vurğulayıb.

Bu açıqlamadan sonra “IREN”in səhmləri 28 faiz, “Dell”in səhmləri 4 faiz yüksəlib, “Microsoft”un səhmlərində isə dəyişiklik qeydə alınmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
79
1
banco.az

2Mənbələr