AZ

Sabiq XİN rəhbəri sirləri açır: “Xocalı soyqırımından saatlar əvvəl Moskvada…”

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“1992-ci ilin fevralında BMT-də çıxışım zamanı milçək uçsa, səsi eşidilərdi. Çünki ilk dəfə o salonda Azərbaycan dilində çıxış səslənirdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan müstəqillik dövrünün ilk xarici işlər naziri Hüseynağa Sadıqov İctimai Televiziyanın hazırladığı “Təmas xətti” sənədli filmində müsahibəsi zamanı deyib.

Sabiq nazir Xocalı soyqırımının Azərbaycanın BMT-yə üzv olması ilə (1992-ci il 2 mart – red.) eyni zamanda baş verdiyini xatırladaraq, Nyu-Yorka səfəri barədə danışıb.

“Rusiya Xarici İşlər Nazirliyi təklif etdi ki, Ermənistan xarici işlər naziri də, mən də Moskvaya gələk və orada atəşkəs barədə müqavilə imzalayaq. Fevralın 25-i, ya 26-sı idi. Bizim sənədlərimiz həmin ərəfədə artıq Nyu-Yorka göndərilmişdi, indi isə biz özümüz yola düşürdük: mən və iki işçim. Moskva hava limanında mənə xəbər gəldi ki, Xocalı faciəsi baş verib. Zəng etdim prezident aparatına, Nazirlər Kabinetinə, Xarici İşlər Nazirliyinə, bir dəqiq cavab ala bilmədim, çünki o zaman məlumatları gizlədirdilər. O zaman xəbər çıxmışdı ki, guya Xocalıda 2 nəfər ölüb. Mən hava limanının qonaq otağında öz kanallarım vasitəsilə dəqiq məlumatları aldım. Bildim ki, nə olub. Təsəvvür edirsiniz, o saat fikirləşdim ki, ölkənin xarici işlər naziriyəm, nə var Nyu-Yorka gedirəm?! Sonra birdən mənə sanki işıq gəldi ki, axı biz informasiya blokadasındayıq. Ölkəmizdə belə bir faciə baş verib və bizə 1-2 gün sonra imkan yaradılacaq ki, dünyanın bütün ölkələri ilə əlaqədə olaq və yardım, dəstək istəyək. Təyyarədə qərara gəldim ki, rus dilində çıxış etməməliyəm. Çünki bu faciənin baş verməsində 366-cı rus atıcı alayı öndə gedib, iştirak edib. Onlar irəlidə gedib, onların ardınca isə daşnaklar – ermənilər gedib, güllə ata-ata, qıra-qıra. Heç olmasa simvolik olaraq üsyan etməliyəm. Rus dilində danışmayacam, Azərbaycan dilində danışacam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
globalinfo.az

1Mənbələr