AZ

Rusiyalı qadın Türkiyədə müəmmalı şəkildə yoxa çıxdı

Türkiyənin Antalya şəhərində 41 yaşlı Sankt-Peterburq sakini İrina Kiselyova istirahət zamanı müəmmalı şəkildə itib.

Musavat.com xəbər verir ki, qadın 12 yaşlı oğlu ilə birlikdə hoteldə qalırmış. Oktyabrın 31-də o, oğluna “siqaret almağa gedirəm” deyərək hoteldən çıxıb və bir daha geri qayıtmayıb.

Polisin araşdırmasına görə, İrina həmin gün otelin başqa bir qonağı ilə birlikdə sahilə gedib. Onlar birlikdə dənizdə üzməyə qərar veriblər. Həmin şəxs ifadəsində bildirib ki, bir müddət sonra sahildən uzaqlaşıb, qayıdanda isə qadını artıq görməyib. O, Kiselyovaya məxsus əşyaları öz otağına aparıb, sonra resepsiyona təhvil verib.

Qadını son dəfə çimərlik işçilərindən biri — təmizlikçi görüb. Onun sözlərinə görə, İrina axşam saatlarında şezlongda yatmış vəziyyətdə olub. Bundan sonra qadının izi tamamilə itib.

Hazırda Türkiyə polisi hadisə ilə bağlı axtarış tədbirlərini davam etdirir. 

 

Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr