AZ

“Süni intellekt smartfonları əvəz edəcək” - Maskdan PROQNOZ

Amerikalı milyarder İlon Mask əmindir ki, süni intellekt yaxın beş il ərzində smartfonları indiki formalarında əvəz edəcək.

Paralel.az xəbər verir ki , bu barədə Mask Co Roqanın podkastında deyib.

Onun fikrincə, “gələcəyin telefonu”nda nə əməliyyat sistemi, nə də tətbiqlər olacaq:
 

“Bu sadəcə süni intellekt üçün bir vasitə rolunu oynayacaq. Əslində, sizdə serverdə işləyən bir süni intellekt olacaq və o, cihazınızdakı süni intellektlə qarşılıqlı əlaqədə olacaq”.


Qeyd edək ki, Mask 2023-cü ildə KİV xəbər vermişdi ki, “OpenAI” şirkəti artıq süni intellekt əsaslı yeni bir cihaz üzərində işləyir.

Bu qurğunun nə olduğu açıqlanmasa da, onun smartfon ola biləcəyi ehtimal edilirdi.

Seçilən
25
1
paralel.az

2Mənbələr