AZ

“Üç ildir övladım məktəbə gedir, indi deyirlər ki, qeydiyyatda yoxdur” – VİDEO

İki il əvvəl məktəbəhazırlıq qrupuna yazılan uşağın sonradan qeydiyyata alınmadığı bildirilib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Yevlaxın Xanabad kəndində yaşayan valideyn İlhamə Namazova üzləşdiyi problemlə bağlı “Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edib.

O, oğlunun 2023-cü ildən Xanabad kənd orta məktəbinin hazırlıq qrupuna qəbul olunduğunu bildirib.

Valideyn deyir ki, ikinci sinfə getməli olan övladı ötən illər ərzində təhsil ocağında dərslərə gedib. İndi isə qeydiyyatsız olduğu, sistemdə adının görünmədiyi bildirilib.

Xanabad kənd orta məktəbində yaşananlarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirildi ki, məsələ qurumun nəzarətindədir. Şagirdin təhsil hüququnun təmin edilməsi istiqamətində hazırda zəruri tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
25
3
nocomment.az

4Mənbələr