AZ

17 il əvvəl yoxa çıxan kişi dağda tapıldı

Bolqarıstanda 17 il əvvəl yoxa çıxan və 12 ildir ölü hesab edilən kişi ölkənin cənub-qərb hissəsindəki Pirin dağlarında tapılıb.Metbuat.az xəbər verir ki, UNESCO-nun Dünya İrsi Siyahısında olan Pirin milli parkında aparılan yoxlama zamanı səlahiyyətlilər icazəsiz düşərgə quran kişini aşkar ediblər. Milli Park rəsmiləri onun şəxsiyyət vəsiqəsini yoxlamağa çalışanda kişi aqressivləşib. Daha sonra hadisə yerinə polis çağırılıb. Polis idarəsinə aparılan kişinin şəxsiyyətini təsdiq edən sənədləri olmayıb. İstintaq nəticəsində məlum olub ki, o, 2008-ci ildə həm milli, həm də beynəlxalq axtarışa verilib və 2013-cü ildə məhkəmə qərarı ilə ölü elan edilib. Kişinin necə sağ qalması barədə ətraflı məlumat verilməyib.

17 il itkin düşən kişinin necə sağ qaldığı, harada sığınacağı tapdığı və niyə bu qədər illər dağlarda gizləndiyi maraq doğurur.

Seçilən
51
metbuat.az

1Mənbələr