AZ

“Neftçi” Azərbaycanda daha bir yenilik etdi!

“Neftçi” Premyer Liqanın 2025/26 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, 10-cu turun “Kəpəz”lə ev oyununa təsadüf edib. “Ağ-qaralar” 5:1 hesabı ilə qalib gəlib.

Bu, Bakı klubunun ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.

Paytaxt təmsilçisi yalnız iki dəfə - 2009/10 və 2015/16 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb.

Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.

Seçilən
61
sportinfo.az

1Mənbələr