AZ

Rumıniya 1 avroya 18 ədəd “F-16” qırıcı təyyarəsi alır

Rumıniya

Rumıniya və Hollandiya hökumətlərarası müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, Buxarest simvolik olaraq 1 avroya 18 ədəd “F-16 Fighting Falcon” qırıcı təyyarəsi alacaq.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Rumıniya Milli Müdafiə Nazirliyi yayıb.

Nazirliyin açıqlamasında deyilir:

"Feteştdəki “F-16” Pilot Təlim Mərkəzinin bir hissəsi olan bu təyyarələr 1 avroya Rumıniya dövlətinin mülkiyyətinə çevriləcək".

Müdafiə Nazirliyi əlavə edib ki, müqavilənin bir hissəsi olaraq, Buxarest təyyarənin elan edilmiş dəyəri əsasında hesablanmış 21 milyon avro əlavə dəyər vergisi ödəməli olacaq. Ölkə həmçinin 100 milyon avroluq logistika dəstəyi paketi üçün də pul ödəyəcək.

E. KAMAL
Seçilən
57
reyting.az

1Mənbələr