AZ

“Yalama” Qubada Arif Əliyev oxucularla görüşüb VİDEO

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sənədli povest Birinci Quba Kitab Sərgisində yerli oxuculara təqdim edilib

Bakı Media Klubunun rəhbəri, jurnalist və publisist Arif Əliyev Şimal zonasının ilk kitab festivalı olan Birinci Quba Kitab Sərgisində yerli oxucularla görüşüb. AYNA.AZ xəbər verir ki, o müəllifi olduğu “Yalama” sənədli povesti barədə oxuculara geniş məlumat verib.

Müəllif bildirib ki, əsər 1920-ci ildə ermənilərin Qarabağa hücumu və bolşeviklərin Azərbaycana işğala gəlməsindən, həmin vaxt əsgərlərimizin zəif imkanlara baxmayaraq, göstərdikləri qəhrəmanlıqdan bəhs edir.

Görüş oxucularla sual-cavab formatında davam edib. A.Əliyev gələcək planlarından söz açıb, ona verilən sualları cavablandırıb.

““Yalama” əsərinin təqdimatının məhz Qubada keçirilməsi mənim üçün böyük şərəfdir. Çünki kitabda təsvir olunan hadisələrin əsas iştirakçıları, Azərbaycana təcavüz etmiş rus qoşunlarının qarşısına çıxan qüvvələrin ilk qəhrəman döyüşçüləri əsasən Qubadan olan uşaqlar olub. 19-22 yaşlı qəhrəman uşaqlar son damla qanlarınadək öz vəzifə borclarını şərəflə yerinə yetiriblər. Bizim gənclərimiz bu tarixi bilməlidirlər, onların xatirəsini əziz tutmalıdırlar”, - deyə A.Əliyev bildirib.

Görüşdə iştirak edən Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, belə bir tarixi hadisənin yazıya alınması, bədii, publisistik şəkildə ifadə olunması tarixi gerçəklərin gənclərə çatdırılmasıdır: “Biz bunları öyrənməliyik. İşğalçı orduya qarşı çıxmış 350 qəhrəman əsgərimizin xatirəsi əbədiləşdirilməlidir. Onların xatirəsinə Yalamada, yaxud da ölkəmizin hansısa şəhərində, rayonunda abidə qoyulmalıdır, adları tapılıb abidə üzərinə həkk olunmalıdır. Biz öz qəhrəmanlarımızı tanımalıyıq, tariximizi bilməliyik. Tarixi gerçəklərimizi gənclərə aşılamalıyıq. O zaman müstəqilliyimiz də möhkəm olacaq, müstəqilliyimizin qorunması üçün zəmanətlər də çox olacaq.

Tədbirin sonunda publisist kitabını oxucular üçün imzalayıb.

Qeyd edək ki, layihə və sərginin informasiya dəstəyi “Qafqaz TV” “YouTube” kanalı, “525-ci qəzet” və “Edebiyyatveincesenet.az” tərəfindən təmin olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
ayna.az

1Mənbələr