AZ

Ağır qəzada ölən 11-ci sinif şagirdinin əmisi oğlu da ölü tapılıb

Ötən gün gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə,  hadisə zamanı həlak olanlardan biri 11-ci sinif şagirdi, 2009-cu il təvəllüdlü İsbi Alıyevdir. Onu da qeyd edək ki, mərhum İ.Alıyevin əmisi oğlu Qəşəm Alıyev bir neçə gün əvvəl həyatını itirib. Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi, 2005-ci il təvəllüdlü Qəşəm Alıyevin meyiti oktyabrın 18-də kirayədə yaşadığı Binə qəsəbəsindəki evin həyətində aşkar edilib.

Seçilən
23
3
avtosfer.az

10Mənbələr