AZ

Baş məşqçi oyun zamanı vəfat etdi

Serbiyanın "Radnički 1923"ün baş məşqçisi Mladen Jižoviç Serbiya liqasında "Mladost"la səfər matçında vəfat edib.

Ucnoqta.az bildirir ki, jurnalist Aleksandar İliç bu barədə X sosial media platformasında məlumat verib.

Tek Saha portalının məlumatına görə, Jižoviç oyunun 22-ci dəqiqəsində səhhəti pisləşib və xəstəxanaya aparılarkən yolda ölüb. Oyun qonaqların 2-0 hesabı ilə öndə olması ilə yarımçıq qalıb.

44 yaşlı Jižoviç 2025-ci ildə "Radnički 1923"ün məşqçisi olub. O, əvvəllər Bosniya klubları "Zrinjski", "Sloboda" və Albaniya klubu "Škupi"ni çalışdırıb.

Seçilən
47
ucnoqta.az

1Mənbələr