AZ

Türkiyə XİN: Dünya Türk Dili Ailəsi Gününün türk dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirik

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 4 noyabr, Günel Karatepe, AZƏRTAC

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 43-cü Baş Konfransının noyabrın 3-də keçirilən iclasında qəbul edilən qərarla 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü elan edilməsini məmnuniyyətlə qarşılayırıq. Ölkəmiz və qardaş türk dövlətləri tərəfindən hazırlanmış bu qərar türk dünyasının ortaq irsi olan türk dilini qorumaq və onu gələcək nəsillərə ötürmək məqsədi daşıyan birgə səyləri daha da gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında qeyd olunub.

Dünya Türk Dili Ailəsi Gününün türk dünyasının qədim şəhərlərindən olan Səmərqənddə elan edilməsinin xüsusi məna daşıdığını qeyd edən Türkiyə XİN açıqlamasında deyib: “Məlum olduğu kimi, məşhur türkoloq Vilhelm Tomsen 1889-cu ildə tapılmış və türk dilinin məlum olan ilk yazılı abidələri sayılan “Orxon” kitabələrinin türk dilində yazıldığını 1893-cü il dekabrın 15-də beynəlxalq elmi ictimaiyyətə təqdim etmişdi.

Dünya Türk Dili Ailəsi Gününün türk dünyası və türkcə bilən, türkcə öyrənən dostlarımız üçün indidən xeyirli olmasını diləyirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
azertag.az

3Mənbələr