İran Prezidenti Məsud Pezeşkian maaşının bir hissəsini ölkədə yeni məktəblərin tikintisinə bağışlayıb.
Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Məktəblərin Təmiri və İnkişafı Təşkilatının rəhbəri Həmid Rza Xanməhəmmədi bildirib.
O qeyd edib ki, prezidentin vədindən bir gün sonra bağışlanan vəsait ümumi xeyriyyə hesabına köçürülüb.