AZ

Rossi "Cenoa"nın yeni baş məşqçisi olacaq

İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Bakıvaxtı.azxəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi Daniele De Rossi ilə razılıq əldə edib. 48 yaşlı mütəxəssis “Boka Xuniors”la “River Pleyt” arasında keçiriləcək oyunu izləmək üçün planlaşdırdığı Argentinaya səfəri təxirə salıb.

De Rossinin təyinatının yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, “Cenoa” yaxın günlərdə Patrik Vieyra ilə yollarını ayırıb. De Rossinin son çalışdırdığı klub isə “Roma” olub.

Seçilən
15
5
bakivaxti.az

6Mənbələr