AZ

Britaniya təşvişə düşüb..?

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nostradamus və Vanqa Avropada müharibə olacağını proqnozlaşdırıblar. Köhnə peyğəmbərliklər mətbuatda yenidən gündəmə gəlib...

...Böyük Britaniyada Nostradamus və Vanqanın proqnozlarının 2025-ci ildə gerçəkləşə biləcəyi iddia edilirdi - onlar Avropa qitəsində genişmiqyaslı müharibənin başlamasını proqnozlaşdırırdılar.

Britaniyalı jurnalistlərin fikrincə, hər iki peyğəmbər qarşıdan gələn hadisələri heyrətamiz dəqiqliklə təsvir edərək oxucular arasında yeni müzakirə dalğasına səbəb olub.

SİA xatırladır ki, XVI əsrdə yaşamış Nostradamus guya “qəddar müharibələrin” gələcəyi və “qədim vəba”nın yayılması barədə xəbərdarlıq edib.

Nəşrin müəlliflərinə görə, Vanqa Avropa əhalisinin kəskin azalmasına səbəb olacaq fəlakətli münaqişədən danışıb.

Bəzi tədqiqatçılar bu peyğəmbərliklərə artan marağın səbəbini qeyri-sabit beynəlxalq vəziyyətlə əlaqələndirirlər.

Lakin ekspertlər vurğulayırlar ki, bu cür mətnlər çox vaxt qeyri-müəyyən ifadələrə malikdir və təfsirə açıqdır, bu da dəqiqlik illüziyası yaradır.

...Yeri gəlmişkən, Rus Pravoslav Kilsəsinin nümayəndələri bu cür “peyğəmbərliklərə” mənəvi etibarlılığı olmayan folklor elementləri kimi baxmağı məsləhət görürlər. Onlar inanırlar ki, bu cür nəşrlər cəmiyyətdə narahatlığı artıra və qorxuları alovlandıra bilər.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
sia.az

2Mənbələr