Sırskinin sözlərinə görə, ötən gün Ukraynanın hücum bölmələri Dobropolskətrafı ərazidə bir sıra istiqamətlərdə irəliləyə bilib. Dobropolyeyə yaxın ərazilərdə aparılan əks-hücum əməliyyatı nəticəsində ümumilikdə 188 kvadratkilometr ərazi azad edilib, 248,7 kvadratkilometr ərazi isə təmizlənib.
 Ukraynanın müdafiəçiləri Dobropolsk istiqamətində əks-hücum əməliyyatını davam etdirirlər, hücum bölmələri müəyyən uğurlar əldə edib. Ajans.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Telegram” kanalında paylaşıb. General bildirib ki, hazırda Silahlı Qüvvələrin hava desant hücum qüvvələrinin 7-ci çevik hücum korpusu məsuliyyət zonasında fəaliyyətini davam etdirir və artıq cəbhə xəttində vəziyyət və müdafiəçilərin ehtiyacları barədə yerli komandirlərin hesabatlarını dinləyib. Əsas müzakirə mövzuları logistikanın təhlükəsizliyi, hücum bölmələrinin fəaliyyəti və Rusiya ordusunun şəhər ərazisindən sıxışdırılması olub.