AZ

Səbinə Kərimova: “Zəfər Günü – təmənnasız sevginin, birlik və qələbə ruhunun simvoludur”

Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və qələbə ruhunu təcəssüm etdirir. Bu möhtəşəm gün Prezident İlham Əliyevin rəhbərliyi, xalqın əzmi və ordumuzun rəşadəti sayəsində əldə olunan tarixi Qələbənin rəmzidir.

Bu münasibətlə QHT.az Zəfər Gününün əhəmiyyəti, vətəndaş cəmiyyətinin rolu və gələcəyə baxış barədə "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədri Səbinə Kərimovadan müsahibə alıb.

 

QHT.az: Zəfər Günü sizin üçün nə ifadə edir?

Səbinə Kərimova: Zəfər Günü mənim üçün vətənimizin azadlığı və suverenliyi uğrunda mübarizənin və qələbənin simvoludur. Bu gün xalqımızın zəhmətinin və həmrəyliyinin nəticəsidir.Bir sözlə təmənnasız sevginin ifadəsidir.

 

QHT.az: 8 Noyabr – Zəfər Günü kimi qeyd edilməsi nəyə görə vacib addımdır?

Səbinə Kərimova: Bu günün qeyd olunması bizim tarixi yaddaşımızı möhkəmləndirir və gələcək nəsillərə vətənpərvərlik və milli qürur ruhunu aşılayır. Eyni zamanda, mübarizənin və qələbənin əhəmiyyətini qeyd etmək üçün vacibdir.

 

QHT.az: İkinci Qarabağ müharibəsində qələbəmizi təmin edən əsas amillərdən biri kimi siz xalq-iqtidar birliyini necə qiymətləndirirsiniz?

Səbinə Kərimova: Mən hesab edirəm ki, xalq və iqtidar arasındakı birlik və həmrəylik ən əsas amil olub. Bu birlik olmadan müharibədə qələbə təmin oluna bilməzdi.

 

QHT.az: QHT sektoru bu birlik və milli həmrəyliyin qorunmasında hansı rolu oynayır?

Səbinə Kərimova: QHT-lər milli həmrəyliyi gücləndirir, şəhid və qazilərə dəstək verir və vətənpərvərlik ruhunu yayır. QHT-lər vətənimizin inkişafında çox önəmli rola malik və  fərqli fikirlərin dialoq və birlik platformasıdır.

 

 

QHT.az: Zəfərdən sonra vətənpərvərlik tərbiyəsi, şəhid ailələri və qazilərlə iş sahəsində QHT-lərin fəaliyyəti necə güclənməlidir?

Səbinə Kərimova: QHT-lər bu sahədə daha çox layihələr və sosial proqramlar həyata keçirməli, şəhid və qazilərlə birgə fəaliyyətlərini artırmalıdırlar. Bu, vətənpərvərlik və milli dəyərlərin qorunmasına böyük töhfə verəcək.

 

QHT.az: Zəfər Günü gələcək nəsillər üçün hansı mənəvi mesajı daşıyır?

Səbinə Kərimova: Zəfər Günü vətənimizin qələbəsinin, birlik və həmrəyliyin simvoludur. Bu gün gələcək nəsillərə vətənsevər və qəhrəmanlıq ruhu ilə böyümələri üçün ilham verir. Bu gün uşaq və gənclərə vətən sevgisi, milli həmrəylik və vətən uğrunda mübarizə ruhunu aşılamalıdır. Zəfər bizim birliyimizin və əzminin nəticəsidir.

 

QHT.az: Azərbaycan dövlətinin gücünü və xalqın birliyini dünyaya göstərən bu günün beynəlxalq miqyasda tanıdılması istiqamətində hansı təşəbbüslər vacibdir?

Səbinə Kərimova: Beynəlxalq səviyyədə mədəni və siyasi tədbirlər, mediada müsbət imicin təşviqi, diplomatik əlaqələr və beynəlxalq media ilə əməkdaşlıq çox vacibdir. Bu, Azərbaycanın gücü və birlik mesajını dünyaya daha yaxşı çatdırmağa kömək edəcək. Bu, Azərbaycanın nüfuzunu artıracaq və müsbət imicini inkişaf etdirəcək.

 

Pərvanə Fərhadqızı

Seçilən
70
qht.az

1Mənbələr