AZ

Tramp: “Putin və Si ağıllı və güclü liderlərdir”

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpini “ağıllı və güclü liderlər” adlandırıb.

Musavat.com xəbər verir ki, Tramp bu fikirləri CBS News telekanalına verdiyi müsahibə zamanı səsləndirib.

Jurnalist ondan “kimlə işləmək daha çətindir — Putinlə, yoxsa Si ilə?” sualını soruşduqda, Tramp belə cavab verib:

“Hər ikisi sərt adamlardır. Hər ikisi ağıllıdır. Hər ikisi çox güclü liderdir. Onlarla zarafat etmək olmaz. Onlara çox ciddi yanaşmaq lazımdır. Onlar gələndə ‘nə gözəl gündür, baxın, günəş çıxıb’ kimi sözlər demirlər. Onlar ciddi insanlardır. Sərt və ağıllı liderlərdir”. 

Tramp həmçinin əlavə edib ki, beynəlxalq siyasətdə bu cür liderlərlə danışıqlar aparmaq asan deyil, lakin qarşılıqlı hörmət münasibətlərin əsas şərtidir. 

 

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr