AZ

Millimizin hücumçusu meydana daxil oldu və “susdu”

Polşada Ekstraklassanın 14-cü turunun bir sıra oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rinat Dadaşovun çıxış etdiyi “Motor” səfərdə “Lex”lə qarşılaşıb.

Görüş məhsuldar heç-heçə ilə başa çatıb – 2:2. Dadaşov meydanda bütün qollar vurulduqdan sonra - 77-ci dəqiqədə oyuna daxil olub.

Hazırda “Motor” 15 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Seçilən
21
1
sportinfo.az

10Mənbələr