ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gündə 300 qramdan çox xurma yemək məsləhət görülmür — bu, təxminən iki iri və ya üç-dörd kiçik meyvəyə bərabərdir. AzPost AİF.ru saytına istinadla xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Tatyana Seleznyova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, eyni miqdar digər meyvələr üçün də keçərlidir. “Gündə 200–300 qram meyvə yemək kifayətdir. Əsas odur ki, gündəlik şəkər miqdarına nəzarət olunsun”, – deyə həkim bildirib.
O, əlavə edib ki, şəkər təkcə meyvələrdə deyil, bəzi tərəvəzlərdə də olur, buna görə də rasion tərtib edilərkən bu məqam nəzərə alınmalıdır.
Diyetoloq həmçinin qeyd edib ki, xurma ürək-damar sisteminin, həzm orqanlarının, immunitetin və dərinin sağlamlığı üçün çox faydalıdır. Bu meyvənin tərkibində C vitamini, beta-karotin və maqnezium kimi vacib maddələr var.
Lakin Seleznyova xəbərdarlıq edib ki, mədə-bağırsaq sistemi xəstəliklərinin kəskinləşməsi dövründə xurma yemək məsləhət deyil.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.