AZ

Nissan yeni nəsil Patrol modelini təqdim etməyə hazırlaşır

Yaponiyada satışa çıxarılacaq versiya 2027-ci ilə planlaşdırılır...

Poliqon xəbər verir ki, “Nissan Motor” şirkəti Yapon bazarına tam ölçülü, ram konstruksiyalı yeni nəsil Patrol Y63 modelini təqdim etməyi planlaşdırır. Şirkətdən verilən məlumata görə, sağdan idarə olunan versiyanın satışa çıxarılması 2027-ci ilə yaxın dövrə planlaşdırılıb. Hal-hazırda Tokio avtosalonunda bu modelin soldan sükanlı versiyası nümayiş etdirilib – bu variant 2024-cü ildən istehsal olunur.

Yapon bazarı üçün nəzərdə tutulmuş Patrol Y63 modeli 3,5 litrlik V6 benzin mühərriki ilə təchiz edilib. Mühərrikdə ikiqat turbo sistemi istifadə olunur ki, bu da həm gücü, həm də dartma qabiliyyətini artırır.

Avtomobilin texniki ölçüləri də təsir edicidir: uzunluğu 5350 mm, eni 2030 mm, hündürlüyü 1945 mm, təkər bazası isə 3075 mm təşkil edir. Yüksək seqmentli komplektasiyada avtomobil Klipsch markalı 12 dinamikli premium səviyyəli audio sistem ilə təchiz olunur.

Yeni Patrol Y63 modelinin əsas məqsədi “Nissan”ın iri SUV seqmentində mövqelərini möhkəmləndirmək və ənənəvi off-road bazarında “Land Cruiser” və “Range Rover” kimi modellərlə rəqabəti gücləndirməkdir.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr