AZ

Şimali Koreya Pit Heqsetin səfəri zamanı Cənubi Koreya istiqamətində raketlər atıb

KXDR demilitarizasiya zonasına yaxın ərazilərdə artilleriya raketləri buraxıb...

Şimali Koreya ABŞ müdafiə naziri Pit Hegsetin iki Koreya arasındakı demilitarizasiya zonasına səfəri ərəfəsində Cənubi Koreya istiqamətində təxminən 10 raket buraxıb.

Poliqon xəbər verir ki, bu barədə məlumatı Younhap agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadla yayıb.

Məlumata əsasən, raketlər bazar ertəsi, yerli vaxtla saat 16:00 radələrində Şimali Koreyanın Sarı dənizin şimal hissəsinə doğru buraxılıb. Hazırda bu buraxılışların xarakteri və növü ilə bağlı hərbi analiz aparılır.

Hadisə ABŞ müdafiə naziri Pit Hegsetin demilitarizasiya zonasında yerləşən Bonifas düşərgəsinə gəlməsindən təxminən bir saat əvvəl baş verib. Hegset burada Cənubi Koreya müdafiə naziri An Gyu Bak ilə görüş keçirməyi planlaşdırırdı.

Cənubi Koreya ordusunun məlumatına görə, bundan iki gün əvvəl — şənbə günü, saat 15:00 radələrində — Şimali Koreya yenidən 10 artilleriya raketi buraxıb. Həmin vaxt Cənubi Koreya prezidenti Li Çje Myon və Çin lideri Si Cinpin Kyoncu şəhərində APEC sammiti çərçivəsində danışıqlar aparırdılar.

Qeyd edək ki, oktyabrın ortalarında KXDR 80-ci ildönümünü qeyd edən hərbi paradda yeni nəsil “Hvasong-20” qitələrarası ballistik raketini təqdim etmişdi. Bu raketin hazırda sınaq mərhələsində olduğu bildirilir.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr