AZ

Bir ayda Azərbaycandan Rusiyaya 64,8 milyon dollarlıq mal ixrac edilib

Cari ilin sentyabr ayında Azərbaycandan Rusiya Federasiyasına 64.8 milyon ABŞ dolları, Türkiyəyə 41.1 milyon ABŞ dolları, Gürcüstana 28.4 milyon ABŞ dolları, İsveçrəyə 27.7 milyon ABŞ dolları, Ukraynaya isə 15.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə statistikanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yayıb.
 
Qeyd edək ki, bu ilin doqquz ayında Rusiya Federasiyasına 878.9 milyon ABŞ dolları, Türkiyəyə 435.8 milyon ABŞ dolları, İsveçrəyə 247.8 milyon ABŞ dolları, Gürcüstana 244.8 milyon ABŞ dolları, Ukraynaya isə 147.3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.
Seçilən
9
1
moderator.az

5Mənbələr