AZ

ABŞ-dən İraqa sərt xəbərdarlıq

AzVision.az xəbər verir ki, İraqın Müdafiə naziri Tabet əl-Abbasi Amerikalı həmkarı Pit Heqsetin gərgin telefon danışığında bu mesajı çatdırdığını və bunu İraq üçün“son xəbərdarlıq”adlandırdığını bildirib.

Bundan əvvəl İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Bağdadın artıq İŞİD terror qruplaşmasından təhlükə görmədiyi üçün 2026-cı ilin sentyabrına qədər xarici qoşunların ölkədən tamamilə çıxarılmasını gözlədiyini demişdi.

“İŞİD artıq təhlükə yaratmır. Şükürlər olsun ki, ölkə, şükür, sabit və təhlükəsizdir. 86 ölkənin koalisiyanın tərkibində İraqda mövcudluğunu necə əsaslandırmaq olar?”, - baş nazir ritorik sual verib.

Onun sözlərinə görə, Bağdad ölkədəki bütün silahlı birləşmələrə dövlət nəzarəti yaratmağı planlaşdırır, lakin xarici kontingentlər, xüsusən də ABŞ qoşunları çıxarılmadan bu, mümkün olmayacaq, çünki bəzi qruplar onları işğalçı qüvvələr hesab edir.

- Qoşunların çıxarılmasından sonra, təbii ki, dövlət strukturlarından kənarda olan bütün silahlı birləşmələrin aradan qaldırılması üçün aydın proqram həyata keçiriləcək. Bu, bütün qruplar üçün tələbdir”, - Məhəmməd Şia əl-Sudani deyib.

İraqın baş naziri vurğulayıb ki, yaraqlılar ya rəsmi təhlükəsizlik orqanlarına qoşula, ya da silahlarını yerə qoymaqla siyasi fəaliyyətə geçə biləcəklər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
44
1
azvision.az

2Mənbələr