AZ

VI İslam Həmrəyliyi Oyunları: Təmsilçilərimiz mübarizəyə başlayırlar

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında təmsilçilərimiz bu gün mübarizəyə başlayırlar.

Moderator.az xəbər verir ki, bu gün Azərbaycanın qadınlardan ibarət voleybol yığması və futzal millisinin görüşləri var.

Qadınlardan ibarət voleybol yığması ilk görüşündə İran kollektivi ilə üz-üzə gələcək. Oyun saat 14:00-da start götürəcək.

Futzal millimiz isə A qrupunda Liviya yığması ilə qarşılaşacaq. Oyun Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
6
moderator.az

9Mənbələr