Serbiyanın “Radniçki 1923” klubunun baş məşqçisi Mladen Jijkoviç oyun zamanı vəfat edib.
İdmanxeber.az xəbər verir ki, 44 yaşlı mütəxəssis səfərdə “Mladost”la keçirilən matçın 22-ci dəqiqəsində özünü pis hiss edib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə səbəbindən oyun yarımçıq dayandırılıb.