AZ

"PAŞA Bank" və ABİF sahibkarlara 10.000.000 AZN-dək güzəştli kredit imkanı təqdim edir

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə əməkdaşlıq çərçivəsində sahibkarlar üçün yeni güzəştli maliyyələşmə proqramına start verib. Proqramın məqsədi yerli sahibkarlığın dayanıqlı inkişafını dəstəkləmək, rəqabət qabiliyyətini gücləndirmək, yeni texnologiyaların tətbiqini təşviq etmək və istehsal sahələrinin genişləndirilməsi üçün əlçatan maliyyə imkanları yaratmaqdır. 

ABİF-in zəmanət və subsidiya mexanizmləri sayəsində sahibkarlar əlavə təminat və ya yüksək faiz yükü olmadan öz bizneslərini aşağıdakı şərtlərlə maliyyələşdirə biləcəklər: 

  • Məbləğ: 10 000 000 AZN-dək
  • Müddət: 120 ayadək
  • İllik faiz dərəcəsi: 5%-dən başlayaraq 

Kreditə müraciət prosesi tam onlayn şəkildə həyata keçirilir, bu da sahibkarlar üçün vaxt itkisinin qarşısını alır və prosesi daha çevik edir. 

Ətraflı məlumat və müraciət üçün bu linkə keçid edin.

Sahibkarlığın inkişafına verdiyi davamlı dəstəyə görə PAŞA Bank 2024-cü ildə nüfuzlu “Euromoney” jurnalı tərəfindən “Ən yaxşı KOS bankı”, 2025-ci ildə isə “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb. Bu mükafatlar bankın real sektora yönəlik uzunmüddətli strateji yanaşmasının və biznes ekosisteminin inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Seçilən
11
4
fins.az

6Mənbələr