AZ

Nazirlikdən “Sağlam radio” da açıqlama - Dərman reklamı qaydaları və cərimələr

“Dərman vasitələri haqqında” Azərbaycan RespublikasınınQanununun 16-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasındayalnız resept olmadan buraxılan dərman vasitələri reklam olunabilər”.

Trend xəbər verir ki, bufikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da SəhiyyəNazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiriTamam Həsənova açıqlayıb.

Onun sözlərinə görə, resept olmadan buraxılan dərmanvasitələrinin reklamında aşağıdakılara yol verilmir:
“Yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunandərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdənsağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinadetmək, reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fizikişəxslərin minnətdarlığını ehtiva etmək, sağlam insanda reklamolunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədətəsəvvür yaratmağa yol verilmir. Bundan əlavə, həkimə müraciətetməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq, reklam olunandərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, onuntəhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasınatəminat vermək, reklam olunan dərman vasitəsinin bioloji aktiv qidaməhsulu qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul)qismində təqdim etmək qadağandır”.

T.Həsənova qeyd edib ki, yuxarıda qeyd olunan tələblər tibb vəya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilənyerlərdə yayımlanan reklama şamil edilmir:

“Resept olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbitexnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bubarədə məlumat verilməli, həkimlə yaxud mütəxəssisləməsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. Dərman vasitələrininpulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbixidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarınınkeçirilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 428-cimaddəsinə əsasən, resept əsasında buraxılan dərman vasitələrininreklamına görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək,hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cəriməedilir. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli vəya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunanreklam aksiyalarının keçirilməsinə görə, fiziki şəxslər üç yüzmanatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdanmin manatadək, hüquqi şəxslər min manatdan iki min manatadəkməbləğdə cərimə edilir”.

Məqalədə:
Seçilən
42
9
az.trend.az

10Mənbələr