AZ

Temperatur enəcək, leysan yağacaq - Hava KƏSKİN DƏYİŞİR

Noyabrın 4-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Day.Az-a verdiyi məlumata əsasən, Bakı və Abşeron yarımadasında hava əsasən buludlu olacaq, gün ərzində fasilələrlə yağış yağacağı, bəzi yerlərdə isə yağıntıların leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə 9-13°, gündüz isə 15-17° isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

Azərbaycanın bölgələrində də bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, hətta dolu düşəcəyi ehtimalı var. Axşam saatlarında qərb rayonlarında yağıntıların tədricən kəsiləcəyi bildirilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Temperatur:

  • Bölgələrdə gecə 6-11°, gündüz 17-21° isti,

  • Dağlıq ərazilərdə gecə 0-5°, gündüz 5-10° isti olacaq.

Seçilən
30
49
day.az

10Mənbələr