AZ

Rusiyanın İtaliyadakı səfiri Zaxarovanın açıqlamasına görə XİN-ə çağrıldı

İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukraynaya verdiyi dəstəyə görə İtaliya iqtisadiyyatının “Torre dei Conti” qülləsi kimi çökəcəyini eyham etməsindən sonra nazirliyə çağırıb.

Turkustan.az xəbər verir ki, bu gün günorta saatlarında İtaliyanın paytaxtı Romanın mərkəzində iki dəfə çökən "Torre dei Conti" qülləsi münasibətləri zaman-zaman gərginləşən İtaliya ilə Rusiya arasında diplomatik gərginliyi yenidən artırıb.

Zaxarovanın sözləri İtaliyada reaksiyalara səbəb olub.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, İtaliya Xarici İşlər Nazirliyi Zaxarovanın sözlərinə cavab olaraq Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu nazirliyə çağırıb.

Xəbərdə İtaliya Xarici İşlər Nazirliyinin mənbələrinin Zaxarovanın sözlərini “yazıq, kobud və narahatedici” adlandırdığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
56
1
turkustan.az

2Mənbələr