AZ

Uşaq strategiyasının 2026–2030-cu illər üçün ikinci fəaliyyət planı hazırlanır - Komitə sədri

Bakı.Trend:

Hazırda Uşaq strategiyasının 2026–2030-cu illər üçün ikincifəaliyyət planı üzərində də iş gedir.

Trend xəbərverir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycanqanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, artıq gender bərabərliyinin qorunmasına dairFəaliyyət Planı hazırlanıb və müvafiq qurumlarla razılaşdırıldıqdansonra təqdim edilib:

“Həmin planın qəbulunu gözləyirik. Bu sənəddə bir çox vacibistiqamətlər nəzərdə tutulur. O cümlədən yeni mexanizmlərinyaradılması, qanunvericilikdə bəzi dəyişikliklərin aparılması,qadın və kişilərin bərabər imkanlara və nəticələrə çıxışının təminedilməsi”.

Komitə sədri vurğulayıb ki, hazırda Uşaq strategiyasının2026–2030-cu illər üçün ikinci fəaliyyət planı üzərində də işgedir: “Burada birinci fəaliyyət planında başlanmış və nəticəsigözlənilən işlər davam etdiriləcək”.

Seçilən
69
1
az.trend.az

2Mənbələr